Xəzər rayonunda tullantıların qarşısının alınması məqsədi ilə ərazilər tullantılardan təmizlənib, Şüvəlan qəsəbəsində keçmiş daş karxanasının yaxınlığındakı hissədə yaşıllıqlar salınıb
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, hazırda ərazidə olan köhnə konteynerlərin yeniləri ilə əvəz edilməsi mərhələli şəkildə həyata keçirilir və rayon ərazisində formalaşan tullantılar "Təmiz Şəhər" ASC ilə bağlanmış müqavilə əsasında Balaxanı poliqonuna daşınaraq zərərsizləşdirilir.
Sənəddə qeyd olunub ki, Bakı və ətraf rayonlarda aparılan araşdırmalar zamanı Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəniz sahilində, Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində məişət tullantılarının qarşısı alınıb və ərazi bələdiyyələrinin vəzifəli şəxslərinə cərimə tətbiq edilib: "Bakı şəhərinin digər inzibati rayonlarında məişət tullantılarının idarə olunmasında qanun pozuntusuna yol verdiklərinə görə Mənzil Kommunal Təsərrüfat Birliyinin məsul şəxslərinə, müvafiq bələdiyyə, mənzil tikinti müəssisələrinin, çimərlik obyektlərinin rəhbərlərinə cərimələr tətbiq edilib, Qaradağ və Binəqədi rayonlarında tullantıların nəzərdə tutulmayan sahələrə qeyri-qanuni tullantı gətirən avtonəqliyyat vasitələri müəyyən edilib, sahiblərinə qarşı protokollar tətbiq edilib və müvafiq sənədlər məhkəməyə göndərilib". (apa)
Digər xəbərlər
loading...