Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilər arasında təşkil olunan ölkə birinciliyinin 18-ci tururun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Topaz Premyer Liqası
“Qəbələ” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedicilərin çempionatı
“Zirə” – “Keşlə” matçında “Keşlə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 90-cu dəqiqəsində “Keşlə”nin futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – “Səbail” matçında “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində “Səbail”in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
Digər xəbərlər
loading...