Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında çıxış edir
AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyadakı Afrin əməliyyatına da toxunan Ərdoğan bildirib ki, 700 kv.km ərazi terrorçulardan təmizlənib və nəzarət altına alınıb. Məhv edilən terrorçuların sayı isə 2872-dir. Bu əməliyyatda Türkiyənin 41 hərbçisi şəhid olub. Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub.
Ərdoğan qeyd edib ki, atdıqları hər addımda qarşılarına çıxan mənzərə "Zeytun budağı" əməliyyatının nə qədər doğru addım olduğunu göstərir. Bu əməliyyatda heç bir mülki şəxs bilərəkdən təhlükəyə məruz qalmayıb.
Digər xəbərlər
loading...