Bakının Binəqədi, Sabunçu və Xəzər rayonlarında subasma sahələri aktivləşib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Binəqədi birinci mədən yaşayış sahəsi və Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. O bildirib ki, Sabunçu rayonunda - Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə edilib.
Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonu Qala qəsəbəsi subasma sahəsi də atmosfer yağıntılarının təsirindən aktivləşib. (virtualaz.org)
Digər xəbərlər
loading...