Müğənni Rəhim Rəhimli son zamanlar şou aləmində baş verən barışıqlara münasibət bildirib
Lent.az-ın məlumatına görə, ifaçı “Xəzər maqazin”ə açıqlamasında deyib ki, bir çoxları reklam xatirinə küsülülüyə son qoyur:
“İl boyu 11 ay dava-dalaş et, bir-birinə təhqir yağdır. Sonra reklam xatirinə filankəslə barış, "bağışla, üzrlü say" de. 11 ay boyunca siz harada idiniz? Bir-birinizə nələr demədiniz?! Ona görə sənətçilər günü-gündən hörmətdən düşür. Şan-şöhrət bu gün var, sabah yoxdur. Amma avtobusda, metroda gördüyümüz insanların səmimiyyəti davamlı olmalıdır. Hər kəs yerini bilməlidir”.
Digər xəbərlər
loading...