Milli Məclisin bu gün keçirilən plenar iclasında 13 məsələ bir paketdə müzakirə edilib
AzVision.az xəbər verir ki, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə" və Seçki Məcəlləsinə dəyişiklik layihələridir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir. Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul olunub.
Digər xəbərlər
loading...