Martın 19-20-də Buenos-Ayresdə (Argentina) G20 ölkələrinin növbəti sammiti keçiriləcək
"Report" xəbər verir ki, sammitdə kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı müzakirələr gözlənilir.
Bu məsələni nəzərdən keçirməyi bir sıra ölkələrin maliyyə nazirləri təklif ediblər. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin kriptovalyutaların qlobal maliyyə sisteminin sabitliyi üçün təhlükə yaratdığını, bu valyutalardan çirkli pulların yuyulması və digər qeyri-qanuni əməliyyatlarda istifadə olunduğunu deyib. Fransanın maliyyə naziri Bruno Le Meyr də ötən ilin dekabr ayında oxşar çağırış edib.
"Report"un analitik qrupu hesab edir ki, kriptovalyuta bazarının tənzimlənməsi rəqəmsal valyutalara inamı bərpa edə, bu bazarda investorların sayını artıra bilər. Sammitdə rəqəmsal valyutalarla bağlı ciddi qərar qəbul edilməsə də, tədricən mərkəzi bankların bu istiqamətdə addımlar atacağı ehtimal edilir. Bu isə öz növbəsində, birjalarda tədavül edən 1 600-ə yaxın kriptovalyutanın əksəriyyətinin bir qədər sonra yoxa çıxacağını, əsas bir neçə valyutanın isə mərkəzi banklar tərəfindən dəstəklənərək qlobal maliyyə bazarlarında istifadə olunacağını ehtimal etməyə əsas verir. Uzunmüddətli perspektivdə isə, rəqəmsal valyutaların hazırda istifadə edilən nağd və qeyri-nağd pulları əvəz etməsi gözlənilir.
Digər xəbərlər
loading...