Rusiya Prezidenti Vladimir Putinin yeni növ nüvə silahlarının işlənməsi haqqında bəyanatı Rusiyanın yenilənən aqressivliyinin komponentlərindən biridir
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, Qərb artıq Rusiyanın bu aqressivliyinə cavab verir:
“Biz təbii ki, bundan narahatıq. Ona görə ki, NATO yeni soyuq müharibə istəmir. Biz yeni silahlanma yarışı istəmirik. Bu cür davranışa görə NATO artıq bir neçə ildir ki, özünün kollektiv müdafiəsini gücləndirir. Biz Rusiyaya eynən – raketə raketlə, silaha silahla cavab vermirik. Onun özünü aqressiv aparmasına sadəcə reaksiya veririk”.
Digər xəbərlər
loading...