Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu döyüb öldürməkdə təqsirləndirilən Şöhrət Qədimova cəza istənilib
"Qafqazinfo"nun verdiyi xəbərə görə , hakim Rahib Salmanovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 12-də davam etdiriləcək.
İttihama görə, Bakının Kürdəxanı qəsəbəsindəki Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.
Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.
Digər xəbərlər
loading...