Staliin ölümünün 65 ili tamam oldu
«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, bu münasibətlə Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) rəhbərliyi və tərəfdarları, başqa solçu təşkilatlar SSRİ rəhbərinin məzarı üzərinə gül dəstələri qoymaq üçün gəliblər.
KİV-in yaydığı məlumata görə, RFKP-nın lideri Gennadi Züqanov bildirib ki, çətinliklərin öhdəsindən gəlməyi və ölkəni bərpa etməyi məhz Stalindən öyrənmək gərəkdir.
Tədbirdə, əsasən yaşlı nəslin nümayəndələrindən olan 1000 nəfərə yaxın insanın iştirak etdiyi bildirilir.
Azərbaycanda isə xalqımız Stalinin vurduğu yaraları bir daha xatırlamalı oldu.
Digər xəbərlər
loading...