Almaniya Dövlət Himninin sözlərində gender bərabərliyinin pozulması və bu səbəbdən bəzi hissələrinin dəyişdirilməsi ilə bağlı təklif edilib
Oxu.Az xəbər verir ki, bu haqda təklifi Federal Ailə Məsələləri Nazirliyinin Bərabər İmkanlar komissarı Kristin Rouz Möhrinq irəli sürüb.
O bildirib ki, himnin sözlərinin bəzi hissələrində cinsi ayrıseçkilik edilib və bu da gender bərabərliyini pozur:
“Himndə “Ana Vətən”dən bəhs edilmədiyi və yalnız “Ata Vətən” kəliməsindən istifadə olunması gender bərabərliyinin pozulmasıdır. Onun yerinə “Məmləkət Vətən” ifadəsi işlədilsin. Bundan əlavə, himndə “qardaşca əl və qəlb ilə” sözlərindəki “qardaşca” ifadəsində ancaq kişi qardaşlığından söhbət gedir. Təklif edirəm ki, bu sözlərin yerinə də “cəsurca, qəlblə əl-ələ” ifadəsi işlədilsin”.
Qeyd edək ki, Almaniya Dövlət Himninin sözləri 1841-ci ildə alman yazar Avqust Henrix Hofman fon Fallersleben tərəfindən yazılıb.
Digər xəbərlər
loading...