Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib
“Qafqazinfo” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahanla bağlı bəzi məqamlara aydınlıq gətirib: “İmtahan yaxşı təşkil olunmuşdu. Amma imtahandan çıxan şagirdlərin yadında qalan test tapşırıqları əsasında deyə bilərəm ki, DİM IX siniflər üçün riyaziyyat fənnindən təqdim etdiyi suallar çox çətin idi. Azərbaycan dilindən verilən suallar çox sadə və asan, riyaziyyatdan isə şagirdin minimum yox, maksimum biliyi yoxlanılıb. Keçən il ilk dəfə olaraq keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu. Düşünürdüm ki, bu il düzələr. Olmadı. Təqdim olunmuş suallar DİM - in bir neçə gün əvvəl Abituriyent jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual Həndəsədən düşmüşdü. Halbuki, bu tədris proqramında geniş yer tutmur və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur.
Artıq IX sinif şagirdlərinin valideynləri övladlarını ali təhsilə yox IX sinifdən çıxarıb kollecə yönəltmək və ya ümumiyyətlə təhsildən uzaqlaşdırmaq istəyirlər.
Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox.
Gün ərzində qəbul edib söhbət etdiyim şagirdlərin cavablarına görə deyə bilərəm ki, bugünkü riyaziyyat fənni üzrə nəticələr keçən ildən də bərbaddır”.
Digər xəbərlər
loading...