Gürcüstanla Rusiya arasındakı problemin həlli yalnız Rusiya ilə birbaşa dialoqa başlamaqdan keçir
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze söyləyib.
“Rusiyanın hökumət rəhbərləri ilə görüşmədən bu problemin həlli mümkün deyil. Moskva da bu istiqamətdə Gürcüstan vətəndaşlarının fikirlərini qüvvətləndirəcək pozitiv addımlar atmır. Məhz buna görə, ölkə liderlərinin danışıqlarına ehtiyac var. Rusiyanı güc yolu ilə mövqeyindən əl çəkməyə nə Gürcüstan, nə də bütün dünya məcbur edə bilər”, – deyə o bildirib.
Digər xəbərlər
loading...