“Bakı-Tbili-Qars dəmir yolu bütün region ölkələri üçün çox böyük əhəmiyyət daşıyır”
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, layihənin təşviqi ilə Azərbaycan, Gürcüstan, Türkiyənin hökumətləri və müvafiq qurumlar məşğuldur: “Gürcüstana səfərin əsas məqsədi BTQ ilə daşınan yüklərin həcminin artırılması və mövcud potensialdan daha səmərəli istifadə üçün imkanların araşdırılmasıdır.
BTQ-nin mövcud potensialı çox böyükdür. Bu layihə hər 3 ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Sərnişin daşınmalarına başlanandan sonra BTQ turizmin inkişafına da töhfə verəcək”.
Digər xəbərlər
loading...