Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski №Birinci kanal”da debat zamanı öz seçicilərinə tatar dilində müraciət edib
Axar.az xəbər verir ki, Jirinovski Rusiyadakı türkdilli xalqların onların problemlərini anlayacaq prezidentə ehtiyacı olduğunu bildirib:
“Bizim türkdilli xalqlarımız var. Onlara yəqin ki, prezidentlərinin təkcə rus dilində yox, həm də tatar, başqırd və digər dillərdə danışması maraqlı olardı”.
Bundan sonra tatar dilində müraciətini davam etdirən siyasətçi türkdilli xalqların qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını deyib:
“Mən onlardan xahiş etdim ki, türkdilli xalqlar öz səslərini mənə versinlər. Onlara Rusiya prezidentinin onların dilində də danışması xoş olardı. Mən onlara tatar dilində də müraciət edəcəm”.
Jirinovski müraciəti zamanı həmçinin dövlət dili məsələsinə də toxunub. O, tatar dilində müraciətinə baxmayaraq, yerli dillərin məcburi şəkildə öyrənilməsinə izn verməyəcəyini deyib.
Digər xəbərlər
loading...