Ötən il qanunsuz dini təbliğatla məşğul olan 142 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, onlardan istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmadan 5185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq götürülüb.
2017-ci ildə Azərbaycanın şəhər və rayonlarındakı əsas məscidlərin siyahısı müəyyənləşdirilib, onların daxilində 53 nöqtədə 230 videokamera quraşdırılıb, və bu sahədə işlər davam etdirilir.
Digər xəbərlər
loading...