Mart ayının 3-də Bakı İdman Sarayında ölkənin ən iri miqyaslı «60 saniyədə insanı tanı» adlı təlimi baş tutdu
Təlimin məqsədi: insanları 99% yaxından tanımaqdır! Hər bir insanın xarici aləmi onun birbaşa daxili aləmindən xəbər verir. Bu layihəni irəli sürməkdə məqsədimiz qarşınızdakı şəxsin davranışlarını bütövlükdə deyil də, hissələrə bölərək onun haqqında ətraflı məlumat toplamağa köməklik etməkdir. Biz qarşımızda olan insanları analiz edə bilsək o zaman onlarla doğru raport qurmağı bacaracağıq. Təlim yalan üzrə ekspert insan davranışları üzrə mütəxəsis profatler Təbriz Hacınski tərəfindən aparıldı.
Təlimdə şirkət və holdinq rəhbərləri, QHT prezidentləri, dövlət xadimləri, media nümayəndələri , ziyalılarımız və gələcəyimizi təmsil edən gənclər yer aldı.Bununla yanaşı gənclərin uğur qazanmasında onlara hər zaman dəstək olan və insanların dəyər verib dəyərləndirdiyi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisinin deputatı Dəyərli Adil Əliyev də bu tədbirin dəvətli qonaqlarından idi.
Spiker Təbriz Hacınski Moskva şəhərində yerləşən “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nda ixtisasartırma mərhələsini tamamlamış və mütəxəssis profayler (insan profilinin analizi) ixtisasına yiyələnmişdir. Azərbaycanda ilk dəfə olaraq “Operativ psixodiaqnostika” və FACS (Facial Action Coding System) – Üz Əzələlərinin Kodlaşdırılması Sistemi layihələrinin rəhbəri olmuşdur. Hacınski həm də «60 saniyədə insanı tanı» adlı kitabın müəllifidir. Bu günə qədər keçdiyi təlimlərin ümumi həcmi 5000 saat və 20000 insanı əhatə etmişdir. DİN ( Daxili İşlər Nazirliyi), FHN ( Fövqalada Hallar Nazirliyi),eləcə də, digər müxtəlif güc strukturlarında və bir çox brendliyini qoruyan şirkət, holding müəssələrində təlim və seminarlar vermişdir. Təlim CIBS şirkəti tərəfindən həyata keçirilmişdir. Təlim insanlar tərəfindən çox yüksək şəkilndə dəyərləndirildi və bəyənildi. Göstərilən dəstəyə görə Admediya, İbclub, Fotoxalça, Satgroup, Sirab, Zagulba (mall), Venta (biznes group), İdela Dizayn, Maslo Dobre, Azbeton, M.Ə.Sabir fondu, QİM, Azərbaycan Real Aikido Federasiyası, Qüsursuz Nitq Mərkəzinə təşəkkür edildi.
Digər xəbərlər
loading...