"Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Məmədyarov vurğulayıb ki, Azərbaycan və Mərakeş arasında əməkdaşlıq strateji səviyyədədir.
"Mən mərakeşli həmkarımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son durum barədə məlumatlandırdım. Biz həmsədrlərlə prezident seçkilərindən sonra harada və nə vaxt görüş keçiriləcəyi barədə danışıqlar aparırıq. Prezident seçkilərindən sonra danışıqları daha intensiv şəkildə davam etdirməkdə qərarlıyıq".
Digər xəbərlər
loading...