Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsi aktivləşib
Sürüşmənin aktivləşməsi nəticəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ziyan dəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, sürüşmənin aktivləşməsinə əraziyə düşən atmosfer yağıntıları və texnogen amillər səbəb olub.
Nübar qəsəbəsində sürüşmə sahəsinin 2017-ci ilin yazında əmələ gəldiyini xatırladan ekspedisiya rəisi qeyd edib ki, ərazidəki yaşayış evləri vulkan məhsullarının üzərində yerləşir: "Sürüşmə sahəsinin yaranmasına yamacın kəsilməsi səbəb olub. Evlər də vulkan məhsullarının üzərindədir. Bizim xəbərdarlığımıza baxmayaraq, orada evlər tikilib. Sürüşmə hazırda aktiv fazadadır".
Qeyd edək ki, Nübar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli palçıq vulkanının yaxınlığında yerləşir. (apa)
Digər xəbərlər
loading...