"Kriptovalyuta ticarətinin nizamlanması haqqında" qanun layihəsi bir sıra suallar doğurub
Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.
Mənbənin məlumatına görə, müzakirələr əsasən iki məsələ ətrafında davam edir: "Məsələlərdən biri bazarın kimin üçün nəzərdə tutulmasıdır - möhtəkirlər üçün, yoxsa investorlar üçün. Daha sonra valyuta nizamlanması məsələsi gəlir, çünki bu alətlərin liberallaşdırılması və onların bazarda kotirovkası valyuta axınına səbəb ola bilər və valyuta ehtiyatlarına təsir göstərə bilər".
Qeyd olunur ki, texnologiyalarla və əhalinin ümumi maliyyə savadlılığı ilə bağlı məsələlər mövcuddur: "Bəzi kriptovalyutalar blokçeyn texnologiyasına əsasəlanır. Burada sual yaranır ki, bazar iştirakçıları əməliyyatları blokçeyn vasitəsilə həyata keçirməyə başlayacaqmı? Bu halda biz kriptoqrafiyalama standartlarını nizamlayacağıqmı, yoxsa bu, bazar iştirakçılarının öhdəsinə buraxılacaqmı?"
Mənbə bildirir ki, bütün bu məsələləri nəzərə aldıqda demək olar ki, qanunun qəbul olunması və tətbiqi üçün çox vaxt tələb olunacaq.
Digər xəbərlər
loading...