ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib.
O, hökmdən şikayət verərək ona şərti cəza verilməsini və azadlığa buraxılmasını istəyib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatına verilib.
Digər xəbərlər
loading...