Oyunlar bu il iyulun 28-dən avqusatun 11-dək altı dövlətin ərazisində baş tutacaq
Bu il Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqusatun 11-dək altı dövlətin - Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Moskvada Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsevin başçılığı altında "Beynəlxalq ordu oyunları - 2018"ə hazırlıqla bağlı konfrans keçirilib. Konfransda ərazilərində bir sıra müsabiqələrin keçirilməsi planlaşdıırlan Azərbaycan, Belarus, İran, Qazaxıstan, Çinin hərbi qurumlarının nümayəndə heyətləri, eləcə də Asiya, Afrika, Avropa və Amerikanın digər ölkələrinin hərbi attaşeləri iştirak ediblər.
General-leytenant İ.Buvaltsev qeyd edib ki, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə 9 ölkədən 74 komanda müraciət edib. Oyunlar zamanı 28 beynəlxalq müsabiqə keçiriləcək, onlardan 17-si Rusiya ərazisində olacaq.
Konfrans çərçivəsində general-leytenant İ.Buvaltsev Beynəlxalq Ordu Oyunlarının iştirakçıların döyüş hazırlığının artmasına töhfə verdiyini və heç də az əhəmiyyətli olmayan müxtəlif ölkələrin hərbçiləri arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirdiyini vurğulayıb.
Digər xəbərlər
loading...