Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin fevral ayı ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb
Oxu.Az fonda istinadən xəbər verir ki, yanvar ayında bu rəqəm 299,1 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayı ərzində Neft Fondu tərəfindən valyuta hərraclarında 285 milyon dollar vəsait satılıb. Fevral ayında bu rəqəm 258,4 milyon dollar olub.
Ümumiyyətlə, ötən il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilib. ARDNF-nin xarici valyuta satışları 3597.8 mln. ABŞ dolları olub. Bu da 2016-cı illə müqayisədə 26.3% azdır.
Digər xəbərlər
loading...