29 yaşlı Goranboy sakini xəstəxanada intihar etmək istəyib
Goranboyda intihar cəhdi olub.
Rayonun Zeynallı kənd sakini, 1989-cu il təvəllüdlü Cabbarov Nicat Hafiz oğlu qolunda olan yaraya yardım göstərilməsi üçün rayon Mərkəzi xəstəxanasına müraciət edib.
Ona yardım edilərkən həmin şəxs pəncərəyə çıxaraq özünü ikinci mərtəbədən atacağını deyib. Dərhal əraziyə polislər çağırılıb və N.Cabbarovu fikrindən daşındırıblar. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Digər xəbərlər
loading...