Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə "Axsaq Ceyhun" kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub. Həmin evdən bir ədəd "Kalaşnikov" tipli AKSM markalı avtomat, bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3 ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan yardımçı tikilidə basdırıb.
İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və törətdikləri əməli etiraf edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. (apa)
Digər xəbərlər
loading...