Son günlər İranda milli valyuta olan rialın sürətlə dəyərdən düşməsi prosesi müşahidə edilir
Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, ölkədəki valyutadəyişmə məntəqələrində uzun növbələr yaranıb. Məhdud sayda olan məntəqələr əhalinin yerli pulu sataraq xarici valyuta almaq istəyini tam qarşılaya bilmir. Artıq əhlinin kütləvi şəkildə rialı dollara dəyişdiyini görən İran dövləti bir nəfərə maksimum 2 min dolların satılması ilə bağlı qərar verib.
Qeyd edək ki, son vaxtlar İranla bağlı beynəlxalq səviyyədə qəbul edilmiş qadağaların tətbiqi daha da sərtləşdirilib.
Digər xəbərlər
loading...