"Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin Malidəki bölməsi Burkino-Fasoda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb
"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.
Qeyd edək ki, martın 2-də terrorçu qrupları Burkino-Fasonun Hərbi Qüvvələrinin Baş Qərargahının, Fransa səfirliyinin və Fransa Mədəniyyət Mərkəzinin binasına hücum ediblər. Hakimiyyət orqanlarının məlumatına görə, hücum zamanı öldürülənlərin sayı 7-30 arasında dəyişir.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı səfirliyin heç bir işçisi xəsarət almayıb. Lakin terrorçular binaya soxulmağa cəhd göstərərkən diplomatik nümayəndəliyi mühafizə edən yerli jandarmlardan birini öldürüblər.
Burkino-Fasonun prezidenti Rok Mark Kristian Kabore öz növbəsində ölkə vətəndaşları terrorçuluqla uğurlu mübarizə aparmaq üçün güc strukturlarının əməkdaşları ilə sıx əməkdaşlıq etməyə çağırıb.
Digər xəbərlər
loading...