Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının hazırlanması məsələsi müzakirə ediləcək
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin sözçüsü Mariya Zaxarova danışıb.
Zaxarova Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rus-Türk Birgə Planlama Qrupunun iclası olacağını da açıqlayıb. İclas martın 14-nə planlaşdırılıb.
Qeyd edək ki, Türkiyə, İran və Rusiya XİN rəhbərləri martın 16-da Qazaxıstanın paytaxtı Astanada bir araya gələcək.
Digər xəbərlər
loading...