OPEK üzvləri və təşkilata daxil olmayan ölkələrin ötən ilin yanvarından neft hasilatının azaldılması barədə sazişə əməl etməsi neft qiymətlərinin bərpa olunmasını əsaslandıran mühüm amildir
Bunu Trend-ə və "Azernews"a "Saxo Bank"ın əmtəə-xammal bazarında strategiyalar şöbəsinin rəhbəri Ole Slot Hansen deyib.
O qeyd edib ki, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən OPEK-ə daxil olmayan ölkələrdə hasilatın artmasının 2020-ci ilədək dünyada neftə olan tələbatın təmin olunması üçün kifayət edəcəyini nəzərə alaraq OPEK 2019-cu ildə də neft hasilatının azaldılmasını davam etdirməli olacaq.
Ekspert onu da vurğulayıb ki, bu ilin birinci rübü üçün "Saxo Bank"ın proqnozunda düzəlişlər aparmaq lazım olacaq, çünki neftin 70 dollardan yüksək olması bank mütəxəssislərinin fikrincə dayanıqlı deyil.
O.S.Hansen əlavə edib ki, OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artması bazara daha böyük təzyiq göstərəcək.
Ekspert son olaraq onu qeyd edib ki, bu gün neft bazarı ötən illə müqayisədə daha yaxşı mövqedədir.
Digər xəbərlər
loading...