Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib
APA-nın məlumatına görə, iclasda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinə əsasən seçicilərin sayından 3 faiz artıq, 5 milyon 347 min 803 ədəd bildiriş çap olunacaq.
MSK-nın iclasında prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Digər xəbərlər
loading...