Azərbaycan yerli şərabların ixrac həcmini və coğrafiyasını genişləndirməyi planlaşdırır
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.
O qeyd edib ki, hazırda Azərbaycan əsasən Rusiyaya şərab tədarük edir.
R.Məmmədov vurğulayıb ki, ötən il 6 milyon dollar həcmində Azərbaycan şərabı ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 67 faiz çoxdur:
“Bizim üçün vacib istiqamətlərdən biri Çin bazarıdır. Bu il Şanxayda Azərbaycan şərab evi açılacaq. Şərab ixracı ilə bağlı rəqəmlərə gəldikdə isə bu, hələ də ürəkaçan deyil. Amma bu hələ ki, başlanğıcdır”.(virtualaz.org)
Digər xəbərlər
loading...