Fransanın Burkina-Fasonun paytaxtı Uaqaduqudakı səfirliyinə hücum olub
“Report” TASS-a istinadən xəbər verir ki, bunu diplomatik nümayəndəliyin əməkdaşı “Facebook” səhifəsində yazıb.
“Fransa səfirliy və institutuna hücum edilib. Olduğunuz yerdə qalın”, - deyə o bildirib.
Bir müddət əvvəl “Reuters” Uaqaduqu şəhərində Burkina-Faso ordusunun mənzil-qərargahı yaxınlığında atışma və partlayış olduğuna dair məlumat yaymışdı. Bir qrup maskalı binaya hücum edib. Şahidlər mənzil-qərargahın binasında yanğın baş verdiyini bildiriblər.
Digər xəbərlər
loading...