UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi müəyyənləşib
MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, yığma Bernard Şallanda həvalə olunub. 67 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Bernard Şallandın son iş yeri 2014-2015-ci illərdə rəhbərlik etdiyi Ermənistan yığması olub.
Kosovo millisi 20 - 27 martda Fransanın paytaxtı Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayacaq. Yeni baş məşqçi martın 24-də Madaqaskar kollektivi ilə oyunda debüt edəcək. Kosovolular 3 gün sonra Burkina-Faso yığması ilə üz-üzə gələcək.
Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.
Digər xəbərlər
loading...