Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Rusiyanın KTMT və digər müttəfiq öhdəlikləri var. Bu, kifayət qədər aydındır”, – deyə o bildirib.
Qeyd edək ki, Putin bundan öncə Rusiya və müttəfiqlərinə qarşı nüvə hücumu zamanı səssiz qalmayacaqlarını bildirib.
Dünən həmçinin Rusiya Dumasının Təhlükəsizlik Komitəsi sədrinin müavini Aleksandr Şerin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkələri, həmçinin Suriya, İran, Şimali Koreya, Çin və Türkiyənin Rusiyanın müttəfiqləri olduğunu və bu ölkələrə qarşı hər hansı nüvə hücumu olarsa, Moskvanın hərəkətə keçəcəyini söyləyib.
KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Tacikistan və Qırğızıstan daxildir.
Digər xəbərlər
loading...