Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovnın həyata keçirdiyi işlər nəticəsində Neftçala təhsilini bərbad vəziyyətə salıb.
Direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini ilə məsləhətli şəkildə həyata keçirilir. Gültəkin Sadıqova "pul yığmaqda yaxşı ixtisaslaşdığına görə rayon rəhbərliyində xüsusi çəkiyə malikdir, buna görə də heç bir idarə, təşkilat rəhbəri Gültəkin xanımın bir sözünü iki edə bilmir".
Bu sözləri MilliYol.Az-a ünvanladığı şikayət məktubunda Neftçala rayon 1-ci Qaralı kənd sakini Anarə Mustafayeva deyib.
O, rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovnın rayonda etdiyi özbaşınalıqlar barədə məlumat verib:
"Sizə 3 il müddətində işlədiyim Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində başıma gələn haqsızlıqdan danışmaq istəyirəm. Artıq 3 ildir ki, mən Neftçala rayonunda yerləşən Heydər Əliyev Mərkəzində analıq məzuniyyətinə çıxmış şəxsin yerinə işləyirəm. 3 ildir mənə vəd edilir ki, yeni ştat gələn kimi səni işlə təmin edəcik. Və artıq yeni 14 ştat mərkəzimizə daxil olub. Mədəniyyət və Turizm Nazirliyindən göndərilən əmrdə göstərilir ki, ştatdan kənar işçilər işlə təmin olunsun. Göstərdiyim şəkildə əmrin müvafiq bəndini açıq aydın görürsünüz.
Mədəniyyət şöbəsinin məsləhətçisi Elmira Kazımovaya bildirəndə ki, məni işlə təmin edin, qarşılığında 2000 AZN istədi. Dedim ki, "çoxdur, mən bu pulu verə bilmərəm. Buranın işçisiyəm və hər bir işin öhdəsinən müvəffəqiyyətlə gəlirəm". Elmira xanım bildirdi ki, İcra Hakimiyyətinin 3-cü müavini Gültəkin Sadıqova artıq 2000 AZN alaraq başqa şəxsi təyin edib.
Cənab Prezidentimiz İlham Əliyevin 2004-cü il 3 mart tarixli 114 nömrəli sərəncamına əsasən yaradılan Korrupsiyaya qarşı Mübarizə qərarına məhəl qoymayan Elmira Kazımova və Gültəkin Sadıqova mənə bu şikayəti yazmağa vadar etdi. Haqqımı tələb edəndə Elmira Kazımova mənə hədə-qorxu gələrək deyir ki, səsini çıxartma Gültəkin Sadıqova sənə bilirsən neyniyər? Bəs bizim qanunlarımız? Bəs Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza əlavə edilən 25-ci maddənin (Bərabərlik hüququ), 47-ci maddənin (Fikir və Söz azadlığı) tələbləri necə oldu?"
MilliYol.Az
Digər xəbərlər
loading...