"Rusiya Federasiyasının səfirlərini Rusiya prezidenti təyin edir. Səfirlərin təyinatı ilə bağlı müvafiq sərəncamlar prezident administrasiyasının saytında yerləşdirilir"
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Azərbaycana səfir təyin etməsinin gecikməsi ilə bağlı suala cavabında bildirib.
"Deyə bilərəm ki, Rusiya və Azərbaycan arasında əlaqələr inkişaf edir. Bakıdakı səfirliyimiz fəaliyyət göstərir, Moskvadakı azərbaycanlı həmkarlarımızla əlaqələri dəstəkləyir. Səfirlərin rotasiyası təbii prosesdir. Bir daha deyirəm ki, bu, bizim azərbaycanlı həmkarlarımızla əlaqələrimizə təsir etmir", – deyə M. Zaxarova söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...