Qlobal iqtisadiyyatın dayanıqlı inkişafına baxmayaraq hazırda son onilliklərin ən yüksək riskli dövrü yaşanır
Bu barədə “The Economist” jurnalının “Economist İntelligence Unit” (EIU) analitik bölməsi məlumat yayıb.
Məlumata görə, risklərin bir hissəsi ABŞ, avrozona və Çin iqtisadiyyatında, bir hissəsi isə qlobal risk kimi ortaya çıxır.
EIU qlobal iqtisadiyyata aid riskləri 25 ballıq təsir şkalası ilə qiymətləndirib. Risklərin gücünün qlobal ümumi daxili məhsula təsiri 0-2 faiz bəndi arasında dəyişir.
Qiymətləndirmə şakalasında ilk sırada əsas fond birjalarında uzunmüddətli geriləmələr və VIX volaltillik indeksinin yüksəlməsi amili yer alıb ki, bunun da risk əmsalı 15 balla qiymətləndirilib. Həmçinin, ABŞ-ın proteksionist siyasətinin qlobal ticarətə mənfi təsiri də 15 balla qiymətləndirilib.
3-cü sırada 12 balla Cənubi Çin dənizindəKİ geosiyasi problemlər yer alıb ki, bu da son nəticədə Çinlə Asiyanın bəzi ölkələri arasında müharibəyə səbəb ola bilər. Növbəti sırada, 12 balla qlobal ÜDM-in 4% artması göstərilir. EIU-a görə risklər həmçinin müsbət istiqamətdə ola bilər. Qlobal kiberhücumlar da 12 balla qiymətləndilib və dövlət orqanları ilə şirkətlərin fəaliyyətinə təhlükə kimi görünür.
Növbəti 3 sıranı 10 balla Çindəki iqtisadi durğunluq, Koraya yarımadasındakı hərbi münaqişə və Yaxın Şərqdəki konfliktlər tutub.
9 balla neftin ucuzlaşması, 5 balla avrozonadan bir çox ölkələri ayrılması qiymətləndirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...