Namiq Zeynalov Cəlilabada təyinat aldlqdan sonra Malik Həsənov rayona ilk gəlişində yeni icra başçısı tərfindən prezident kimi qarşılanıb
Cəlilabadlı məmurlar isə icra başçısının bu cənfəşanlığını heç cürə başa düşməyiblər. Bəzi məmurlar bir-birilərinə açıq-açıq sual ediblər ki, deputat Həsənov rayonda yeni icra baçısı tərəfindən prezident kimi qarşılanırsa, o zaman komitə sədri Həsənov rayona gələndə necə qarşılanacaq?
Cəlilabad rayonunun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kurasiyasında olması ölkədə hər kəsə bəllidir. Uzun müddətdir bu rayonu özlərinin şəxsi mülkləri kimi idarə edən Həsnovlar adı çəkilən rayonda böyük iqtisadi resurslara da sahibdirlər.
Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev Namiq Zeynalovu Cəlilabad rayonuna yeni icra başçısı təyin edib. Bu icra başçıs da komitə sədri Kərəm Həsənovun ən yaxın kadrı kimi tanınır. Çünki Namiq Zeynalov uzun müddət Şirvanda regional idarənin müdiri, daha sonra isə Əmlak Məsələləri Dövlət Komitəsində yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini işləyib.
MilliYol-ya Cəlilabaddan daxil olan məlumata görə Namqi Zeynalov Cəlilabada icra başçısı təyin edildikdən sonra rayonun millət vəkili Malik Məsənov demək olar ki, icra hakimiyyətinin binasından çıxmır. Deyilənə görə millət vəkili Namiq Zeynalova rayonun necə idarə edilməsi, kimlərin vəzifəsi ilə vidalaşacağı və sair tövsiyyələrini verməklə məşğuldur.
Maraqlı məqamlardan biri isə Namiq Zeynalov Cəlilabada təyinat aldlqdan sonra Malik Həsənovun rayona ilk gəlişində yeni icra başçısı tərfindən prezident kimi qarşılanmasıdır. Cəlilabadlı məmurlar isə icra başçısının bu cənfəşanlığını heç cürə başa düşməyiblər. Bəzi məmurlar isə bir-birilərinə açıq-açıq sual ediblər ki, deputat Həsənov rayonda yeni icra baçısı tərəfindən prezident kimi qarşılanırsa, o zaman komitə sədri Həsənov rayona gələndə necə qarşılanacaq? Doğurdan maraqlı və cavabı çox çətin olan sualdır...
Cəlilabaddan aldığımız məlumatda bildirilir ki, Malik Həsənov doğma rayonunda özünün prezident kimi qarşılanmasından çox xoşlanıb və icra başçısının bu “jestinin” qarşılğının əvəzini keçirilən qonaqlıqa onu xeyli tərifləməklə verib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.az
Digər xəbərlər
loading...