Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya prezidenti Amina Qurab-Fakim iştirak edəcək
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Qurab-Fakim martın 15-18-də Azərbaycana səfər edəcək.
Mavritaniya prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. A. Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas məruzəçidir.
Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavritaniyanın prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən UNESCO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.
Xatırladaq ki, VI Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta, Makedoniya prezidenti George İvanov, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə baş naziri Binəli Yıldırım, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı gözlənilir. Eyni zamanda, Forumun işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.
MilliYol.Az
Digər xəbərlər
loading...