Cəlilabad rayonu, Muğan kədində lentə aldığımız bina bizə məktəbdən daha çox xarabazarlığı xatırlatdı
Ən qəribəsi isə bu idi ki, kənddə yeganə məktəb olan bu binada yalnız bir sinif dərs keçir. Kənd sakinlərinin bildirdiyinə görə, direktor və digər siniflər başqa bir korpusdadırlar.
Məktəb problemindən əlavə bu kənddə sakinləri narahat edən daha bir problem də var. Bildiyimiz kimi, illər öncə prezident İlham Əliyevin göstərişinə əsasən, dövlət tərəfindən kəndlilərə pay torpaqları verilib. Lakin Muğanlı kənd sakini, 5 qız uşağına atalıq edən Dünyayev İsmayılın Bölgə TV_yə verdiyi açıqlamaya görə, ona hələ də pay torpaq sahəsi verilməyib. Dəfələrlə kənd bələdiyyəsinə, icra hakimiyyətinə ərizə ilə müraciət etməsinə baxmayaraq, şikayətləri baxımsız qalıb:
Dünyayev İsmayıl Balaəli oğlu:
-Hörmətli prezidentimizin qərarına görə, pay verilib. Amma mənim hələ də torpağım yoxdur. Baxın, 5 qız uşağı ilə o uçuq binada yaşayıram Nə həyətyanı torpağım var, nə də pay torpağım. Hüququmu tələb edirəm.
Məsələ ilə əlaqədar Cəlilabad rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayonun yeni təyin edilmiş icra hakimiyyətinin başçısı Zeynalov Namiqin müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliyeva Dürdanə ilə əlaqə saxladıq.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/EfyGJXD_Ndw" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>
MilliYol.Az
Digər xəbərlər
loading...