Xalq artisti Səməd Səmədov keçmiş həyat yoldaşı Zərifə xanımın onun ünvanına dediklərinə cavab verib
Axşam.az-ın məlumatına görə, müğənni “Səhər-səhər” verilişində bildirib ki, onun dediklərinin hamısı yalandır:
“Kişi qadın arxasınca danışmaz. Bütün yaxınlarım bilir ki, birinci övladım Eminin qəbir daşını mən düzəltdirmişəm. Onu mən böyütmüşəm. Mənimlə olanda sağlam idi. Sonra biz ayrıldıq. Onda Eminin 10 yaşı var idi.
Yenidən ailə qurmuşam. 40 il sonra açıqlama verib ki, Səməd oğlunun yasına qırmızı pencəklə gəlib. Bu yalandırsa, danışdığı hər şey yalandır. Məni xalqın qarşısında alçaldır. Mən azərbaycanlıyam, müsəlmanam. Dəfələrlə yasda da, toyda da olmuşam. Necə qırmızı pencək geyinə bilərəm.
Oğlum mənimlə nəfəs alırdı, yatıb-dururdu. Hətta qrupla onu səhnəyə də çıxarmışdım”.
Səmədov boşanmağının səbəbini açıqlayıb:
“Dünyada hər üçüncü ailə ayrılır. Səbəbi o idi ki, onun anası yaman idi. Məni divara dırmaşdırırdı. Şəfiqə indi sağdır”.
Qeyd edək ki, S.Səmədovun birinci xanımı “Xəzər maqazin”ə açıqlamasında onun ünvanına şok sözlər demişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...