MilliYol.Az «AzPolitika.info»-ya istinadla verliyi xəbərə görə, Pentaqon bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hipersəs sürətli texnologiyalar sahəsində iş aparır
Bu tip silahın sınaqlarına 2019-cu ildə başlanacaq.
«Biz, Rusiya və Çin kimi dövlətlərlə yarışdığımızı anlayırıq» – deyə, perspektiv tədqiqat layihələri İdarəsinin (DARPA) başçısı Stiven Uoker bəyan edib.
O, qeyd edib ki, başçılıq etdiyi idarə hərbi-hava qüvvələri (HHQ), NASA, hərbi-dəniz qüvvələri (HDQ) və quru qüvvələrilə birgə, aptıq bir neçə ildir ki, hipersəs sürətli silahın yaradılması üzərində iş aparır. Onun sövlərinə görə, bu məsələ prioritet təşkil edir.
«İdarə hələ ötən payız bu sahədə tədqiqatları aparılması üçün büdcənin artırılmasını xahiş etmişdi» - deyə, Uoker əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...