Vitautas Landsbergis və Dalya Qribauskayt
eadaily.com/ru, 01.03.2018
“Sputnik Литва” yazır ki, Baltikyanında “informasiya bombası” partlayıb. “Respublika” qəzetinin redaktoru və sahibi Vitas Tomkus Litva KQB-si gizli əməkdaşlarının bunu guya nə zamansa özlərinin lüstrasiya (burada: təmizləmə-tərc.) prosedurları vaxtı etiraf etdikləri siyahısını dərc etməyə başlayıb. Vitas Tomkus həftəlik “Respublika” qəzetinin səkkizinci sayının 18 səhifəlik kağız versiyasında 2015-ci ilin yayında Litva Seyminin qərarilə növbəti 75 il üçün “tamamilə məxfidir” qrifinə yiyələnmiş siyahının birinci hissəsini dərc edib. Litva SSR DTK ilə könüllü əməkdaşlığı boynuna alan 1589 nəfərin siyahısının özü isə 1991-ci ildə tərtib olunub. O zaman yaradılan Dövlət lüstrasiya komissiyası sonrakı bütün illərdə tövbələri qəbul edib və etirafçılara söz verib ki, adları geniş ictimaiyyətə məlum olmayacaq. Lüstrasiya komissiyası üzvlərinin ən sadə dəyərləndirməsinə görə, “sovet işğalı”nın yarım əsri boyunca çekistlərlə Litvanın cəmi 118 min vətəndaşı əməkdaşlıq edib. Amma Tomkusun sözlərinə görə, 2015-ci ildə aydınlaşıb ki, KQB-nin kiçik siyahısındakı keçmiş gizli agent olduqlarını etiraf edən bir yığın ad və soyadda adam Seymdə, hökumətdə və prezident sarayında ilişib qalaraq Litva iqtisadiyyatının milyardlarla avrosunu yönəldir. Litvanın indiki prezidenti Dalya Qribauskayte və “Litva müstəqilliyinin atası” Vitautas Landsbergis, baş nazir Saulyus Skvernyalis və başqa xeyli məşhur siyasətçilər (keçmiş prezidentlər, keçmiş baş nazirlər, eks-spikerlər), böyük biznesmenlər və incəsənət xadimləri onların arasında tapılıb.
Litvanın ən böyük siyasi partiyalarının bütün yuxarı təbəqələri də qalmaqallı siyahıdan çıxıb. Əvvəllər qərar alınmışdı ki, bu siyahının 2016-cı ildə bitən məxfilik müddətini daha 75 ilə uzatmaq lazımdır. Diqqətçəkəndir ki, bu barədə qanun layihəsi Litvanın o zamankı daxili işlər naziri Saulyus Skvernyalis – indiki baş nazir və 2019-cu ilin yazındakı gələcək prezident seçkilərində ən real namizədlərdən biri tərəfindən Seymin müzakirəsinə çıxarılıb. “Respublika” nəşrinin baş redaktoru və sahibi Vitas Tomkusun özü də bu siyahıdadır. O öz soyadını Vitautas Landsbergisin soyadıyla yanaşı yerləşdirib.
Tomkusun bildirişinə görə, siyahının birinci hissəsi ancaq qəzet variantında dərc olunur – internetdə elektron variantda olmayacaq. Buna görə də tanış soyadlarını siyahıda axtarmaq istəyən kəs bir avroya qəzet almalıdır. Lakin oxucularda dərclə bağlı artıq xeyli sual yığılıb. Məsələn, nömrənin 18-ci səhifəsində dərc edilmiş siyahıda sadə ayrıntıyla Valdas Adamkusun adı var. Amma Litvanın gələcək prezidenti həyatının böyük qismini ABŞ-da keçirib və şübhəlidir ki, NKVD (xalq daxili işlər komissarlığı – keçən əsrin 30-50-ci illərində SSRİ-də kəşfiyyatla bu qurum məşğul olub-tərc.) 1944-cü ildə nasistlərlə birgə geri çəkilən 18 yaşlı gənci ələ almağa macal tapıb. Lakin dərcdə dünyada eyni ad və soyadla xeyli adamın var olduğunu yada salan bir remarka var. Və deməli, KQB ilə əməkdaşlığıyla Litvanın gələcək prezidentini özü də bilmədən ləkələmiş daha hansısa Valdas Adamkus ola bilərdi. Jurnalistlər lağa qoyurlar: “Buna görə də, hər şeyi bilmək istəyən əziz oxucu, bir fincan kofe içərək arabir “Respublika” qəzetinə göz atarkən birdən Litva KQB-nin məxfi əməkdaşları siyahısında son dərəcə tanış soyadını aşkarlasan, onda eyni soyadlıları yada sal. Ola bilsin, bu, Seymin deputatları və keçmiş müdafiə nazirləri Rasa Yuknyaviçene və Yuozas Olekas və yaxud keçmiş baş nazirlər Andryus Kubilyus və Algirdas Butkyaviçyus deyil, onlarla soyadı eyni olanlar – Sov.İKP və şəxsən yoldaş Brejnyev haqda danışılan lətifələrdən kaqebeçilərə xəbərçilik edən sadə sağıcılar və ya tikintidəki bənnalardır”.
Əlavə edək ki, Vitas Tomkus ikinci hissəni martın 3-də növbəti sayda dərc etməyə söz verib. Amma bir çox oxucular artıq indidən şübhə edirlər ki, ardı olacaq – axı Tomkusu dövlət təhlükəsizliyinə ziyan vurmaqda ittiham edə və həm onun özünə, həm də siyahınnı ardını nəşr etmək qərarına gələn mətbəəyə qarşı cinayət işi aça bilərlər.
Xatırladaq ki, Litva parlamenti ötən il sentyabrda KQB-nin ölkədə yaşayan keçmiş xəbərçilərinin adlarını yaymaqdan imtina edib. Bütün keçmiş əməkdaşların və xüsusi xidmətlərin xəbərçilərinin adlarının elan edilməsini nəzərdə tutan qanun layihəsinə Litva Seyminin 19 deputatı səs verib, 26-ı əleyhinə olub və 33-ü səs saxlayıb. Nəticədə parlament qanun layihəsindən vaz keçib. Diqqətçəkəndir ki, bütün adların elan edilməsinə əsasən müxalifət – “Asayiş və ədalət” partiyası fraksiyasının, “Litva polyaklarının seçki aksiyası – xristian ailələri ittifaqı” (LPSA-XAİ), habelə sosial-demokratların və Kəndlilər Birliyi və “yaşıllar”ın deputatları, o cümlədən Seymin spikeri Viktoras Prantsketis səs verib. Sözgəlişi, Seymə qanun layihəsini LPSA-XAİ-dən deputat, iqtidarla xüsusən kəskin qarşıdurmada olan Zbiqnev Yedinski təqdim edib. Onun sözlərinə görə, bütün keçmiş agentlərin soyadlarının açıqlanması buna səbəb olardı ki, “KQB-nin üzqarası kitabı həmişəlik bağlanardı, seçkilər vaxtı “KQB kartı”ndan spekulyasıya istisna olunardı”.
Deputatın fikrincə, KQB-nin məxfiləşdirilmiş keçmiş əməkdaşları təkcə ölkə daxilində deyil, həm də xaricdə şantaj obyekti ola bilər. Yedinski hesab edir: “Bu adamlar bizim dövlətimizdə potensial ziyankarlardır. Heç kim zəmanət verə bilməz ki, onlar indiyədək qonşu dövlətin agenti deyillər”.
Deputat yada salır ki, 90-cı illərin əvvəlində Vilnüsdə KQB-nin binasındakı sənədlərin bir qismi oğurlanıb. Zbiqnev Yedinski əmindir ki, sovet xüsusi xidmətinin keçmiş agentlərinə etibar etmək olmaz – onun fikrincə, ilk fürsətdə Litvanı satarlar. “Allah eləməsin, İŞİD bizi işğal etsə, burada hökmən şəriəti tətbiq edəcək. Və ən mühümü, Litva insanlarını inandırmağı bacaracaqlar ki, bu, yaxşıdır, onlara xidmət etmək lazımdır”, – Seymin deputatı öz fikrini belə izah edir.
MilliYol.Az
Digər xəbərlər
loading...