Azərbaycanda bank filiallarından birində basqın edilib.
Hadisə "Accessbank" QSC-nin "Beyləqan" filialında qeydə alınıb.
MilliYol.Az tezis.az-a istinadən xəbər verir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank" QSC-nin "Beyləqan" filialından "həyəcan" siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.
Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...