Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş Katibi Devid Hobbs ilə görüş keçirib
XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Q. Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.
Baş Katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.
MilliYol.Az
Digər xəbərlər
loading...