"Türkiyədən karqo daşımaları həyata keçirən şirkətlər yüklərin Azərbaycana daşınması üzrə sifarişləri qəbul etmirlər"
Bunu "Marja"ya "Binə" ticarət mərkəzində topdansatış ilə məşğul olan mağazanın sahibi bildirib.
"Bütün karqolar İstanbulda mal qəbul etmirlər. Bir aydan çoxdur mal gətirə bilmirik. Azərbaycana karqo daşımaları ilə məşğul olan ən böyük şirkətlər "Polar Kargo" və "Şah Kargo" şirkətləridir. Bu şirkətlər də mal qəbul etmirlər. İlk öncə 1 kq mal üçün 5 dollar ödəniş istədilər, sonrdan sifarişdən imtina edib malları gətirə bilməyəcəklərini dedilər".
Sahibkar bildirir ki, gəzən şaiyəyə görə, bazarda hər kəs malı öz adına gətirməli və gömrük rəsmiləşdirilməsini də özü həyata keçirməlidir:
"Belə olan halda 36% vergi alınacaq və əlavə daşıma üçün də ödəniş etməliyik. Bu hal baş verərsə birinci bazar özü qanuni vergiləri ödəməlidir. Çünki bazar sahibkarlara ödədikləri pul qarşılığında heç bir sənəd təqdim etmir".
Digər bir fiziki şəxs "Marja"ya yazır:
"Problem davam edir. "Polar Kargo"dan gözlədiyim karqonu 28 gündür ala bilmirəm. Şirkətə dəfələrlə müraciət etmişəm. Mənə şirkətdən "TIR-larımız hamısı gömrükdədir, çıxarda bilmirik" cavabını verirlər. Fərdi olaraq verdiyim sifariş 28 gündür gömrükdədir. Gözləyən tək məştəri mən deyiləm. Nə vaxt mallarımızı ala biləcəyimiz barədə də bir tarix demirər".
Məsələ ilə əlaqədar "Şah Kargo" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən ilk öncə "Rəhbərliyin qərarını gözləyirik" şəkilində cavab verilsə də, daha sonra telefonu alan digər bir şəxs "Heç bir problem yoxdur, əvvəki qiymətlər ilə və qaydada sifarişləri qəbul edirik"- deyə bildirdi.
Bir müddət əvvəl Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətindən "Marja"ya bildirilmişdi ki, Azərbaycan gömrüyü gömrük rəsmiləşdirilməsi üçün yeni qaydada ödənişlər tələb edir. Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir.
Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu fəaliyyətin qanunsuz olduğunu bildirənlər də var.
MilliYol.Az
Digər xəbərlər
loading...