Qazaxıstanda parlamentin Yuxarı Palatasının Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin başçısı Dariqa Nazarbayeva plenar iclasda bank sahəsinin vəziyyəti ilə bağlı sorğunu rus dilində oxuyub
Bu barədə RİA Novosti məlumat yayıb.
Jurnalist, atası Nursultan Nazarbayevin məmurların qazax dilində danışmasını tələb etdiyi bir vaxtda, onun sorğunun mətnini nə üçün rus dilində oxuması ilə maraqlanıb.
Suala cavabında Dariqa “rus dilini heç kimin ləğv etmədiyini” və ona görə də, özünə rahat olan dildə danışdığını diqqətə çatdırıb.
“Biz hər birimiz Prezidentin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Rus dilini hələ ki, şükür Allaha, heç kim ləğv etməyib, yəqin heç bundan sonra da ləğv olunmayacaq. Ona görə, hesab edirəm ki, belə məsələlərdə həddi aşmaq olmaz”, - deyə Nazarbayeva bildirib.
Xatırladaq ki, fevralın 26-da Nursultan Nazarbayev informasiya və kommunikasiya naziri Dauren Abayevlə keçirdiyi görüşdə, parlament və hökumətə rəsmi dil olaraq qazax dilinə keçməyi tapşırıb. Onun sözlərinə görə, bu, ölkədə dilin statusunu artırmış olacaq.(virtualaz.org)
Digər xəbərlər
loading...