2018-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar ayı ilə müqayisədə 3,0 faiz artaraq 1 milyard 490,3 milyon manat olub
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 694,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,8 faiz artaraq 795,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 21,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 65,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,2 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
Digər xəbərlər
loading...