ABŞ-da fevralın 17-dən 23-nə qədərki həftə ərzində gündəlik neft hasilatının və neft ehtiyatlarının həcmi artıb
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.
Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 13 min barel və yaxud 0,13% artaraq 10,283 mln. barel təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 3,019 mln. barel və yaxud 0,72% artaraq 423,52 mln. barelə çatıb. Analitiklər ehtiyatların 3 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 1,616 mln. barel azalma nümayiş etdirib.
ABŞ-ın benzin ehtiyatlarında da artım müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 0,6 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 2,483 mln. barel və yaxud 1% artaraq 251,844 mln. barelə yüksəlib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 0,261 mln. barel artmışdı.
"Report"un analitik qrupu bildirir ki, bu xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 64 dollar/barelə düşüb. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.
Digər xəbərlər
loading...