“”Orfoqrafiya” sözünün özünün yazılışında düzəlişə ehtiyac var. Çünki “orfoqrafiya” sözü dilimizə səhv daxil olub”
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib.
Akademikin sözlərinə görə, “orfoqrafiya” sözünün kökü səhvdir. Bu sözdəki “f” səsi “t” olmalıdır, yəni “orfoqrafiya” deyil, “ortoqrafiya” yazılmalıdır.
R.Əliquliyev bildirib ki, “orfoqrafiya” sözünün kökü “orto”dur. Qədim yunan, latın dillərində, eləcə də ingilis dilində bu sözün kökü “orto” kimi qeyd edilib: “Bu, hansısa subyektiv səhvin hesabına rus dilinə, rus dilindən də Azərbaycan dilinə “orfoqrafiya” kimi keçib. Bu sözlərin özünün düzəlişə ehtiyacı var. Çünki “orto” sözü “düz”, “düzgün”, “düzbucaqlı deməkdir”.
AMEA-nın akademik-katibi qeyd edib ki, dünya “orfoqrafiya” sözünü bu formada qəbul etmir. Ona görə də Azərbaycanda da bu məsələ nəzərə alınmalıdır.
AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, Azərbaycan dilində bu söz orfoqrafiya kimi qəbul edilib:
“Amma hər halda bu məsələyə baxmaq, Orfoqrafiya Komissiyasına bunu bir təklif kimi vermək olar”.
Digər xəbərlər
loading...